Mənimsəmə
Tanınmış və professional mütəxəssislərdən birbaşa sektora dair yenilikləri öyrənmə, sektora dair təqdimatlar, hesabatlar, statistik məlumatlar əldə etmə imkanı.
Tanınmış və professional mütəxəssislərdən birbaşa sektora dair yenilikləri öyrənmə, sektora dair təqdimatlar, hesabatlar, statistik məlumatlar əldə etmə imkanı.
Bu sferada fəaliyyət göstərən konsultantlar, akademik və pedoqoji fəaliyyətlə məşğul olan şəxslərlə ünsiyyət və şəbəkələşmə imkanı.
Ölkədə dövlət müəssisələri, nəzarəedici orqanlar və biznes subyektləri arasında qarşılıqlı müzakirənin təşkilində iştirak və açıq suallara cavab alma imkanı.
Mədəniyyət ənənəylə doyar, yeniliklə acar. Yenilik özünü ənənənin təcrübələriylə risklərdən qoruyar. Ənənəylə innovasiyanın əlaqəsi canlı əlaqədir, mədəni, elmi-texniki, ədəbi-fəlsəfi olduğu qədər həm də bilojidir, ontolojidir, intellektual olduğu qədər instinktiv dövrandır. Çünki həyatın var olmasını təmin edən bir qanunauyğunluqdur. Şüurlu olduğu qədər təhtəlşüurdur. Etik olduğu qədər estetikdir. İnnovasiya ənənəni yenidən mənalandırmaqdır. Yenidən mənalandırılan ənənə yeni məzmunla yanaşı, həm də yeni forma qazanır. Ənənə və innovasiya ata-oğul kimidir; biri yaradan, biri qoruyandır. Ənənə olmasa, yenilik də olmaz. Heçdən heç bir şey yarana bilməz, heçdən ancaq başqa bir heç yaranar. Ənənənin öhdəliyi ölüləri, yeniliyin missiyası diriləri yaşatmaqdır. Hələ iki min beş yüz il öncə qədim yunan ənənələriylə döyüşən Sokrat deyirdi ki, dəyişiklik istəyirsinizsə, bütün enerjinizi köhnəni dağıtmağa deyil, yenini qurmağa yönəldin. Bernard Şou Sokratın bu sözünə modern çağda belə bir əlavə etdi: fikirlərini dəyişdirməyənlər heç bir şeyi dəyişdirə bilməzlər. Fikirlərimizi dəyişmək niyyətiylə bu gün ölkəmizdə ilk dəfə keçirilən “Mədəniyyətin Menecmenti Zirvəsin”ndə milli və bəşəri mədəniyyətlər müstəvisində ənənə və innovasiya arasındakı qarşılıqlı münasibətləri müzakirə edəcəyik.
Tezliklə!